“Turan Tovuz”dan Kurban Berdıyev haqda açıqlama: Klub xəbərləri təkzib etdi

“Turan Tovuz” futbol klubu bəzi yerli media orqanlarında yayılan iddialara münasibət bildirib. Məlumatlarda klubun baş məşqçisi Kurban Berdıyevin ölkəni tərk etdiyi və rəhbərliklə əlaqə saxlamadığı qeyd olunmuşdu.

Sport-az.com xəbər verir ki, klubun mətbuat xidməti yayılan xəbərləri rəsmən təkzib edib və bu barədə açıqlama yayıb: “Mövsüm başa çatmasına baxmayaraq, baş məşqçimiz Kurban Berdıyev ölkəni tərk etməyib və klub rəhbərliyi ilə davamlı şəkildə əlaqədədir. Hazırda gələcək mövsümə hazırlıq planları və komandada gücləndirmə istiqamətində fikir mübadiləsi aparılır”.

Klub əlavə edib ki, Kurban Berdıyev ilə müqavilə qüvvədədir və rəhbərlik təcrübəli mütəxəssisin daha ambisiyalı komanda formalaşdırmaq səylərini tam dəstəkləyir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni