“Real Madrid” futbolçusu yetkinlik yaşına çatmayanın görüntülərini yaymaqda ittiham olunur

Madridin “Real” klubunun oyunçusu Raul Asensio ciddi hüquqi ittihamlarla üz-üzədir. İspaniyanın tanınmış “Marca” qəzetinin məlumatına görə, futbolçu yetkinlik yaşına çatmayan bir şəxsin intim videosunu yaymaqda və uşaq pornosu materiallarını saxlamaqda ittiham olunur.

Prokurorluq iddiaları yalnız bununla bitmir — Asensio həm də şəxsi həyatın toxunulmazlığı ilə bağlı qanunların pozulmasında təqsirləndirilir.

Zərərçəkənin vəkilləri futbolçunun azı 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edirlər. İş üzrə yalnız Raul Asensio yox, futbol sahəsində çalışan daha üç nəfər də istintaqa cəlb olunub. Onların adları və klubları hələlik açıqlanmayıb.

Hadisənin hüquqi baxımdan yüksək əhəmiyyət daşıdığı və İspaniya qanunvericiliyində ciddi cinayət hesab olunduğu bildirilir. Məlumata görə, istintaq davam edir və yaxın günlərdə işin məhkəmə mərhələsinə keçməsi gözlənilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni