Ekvador klubunun baş məşqçisinə qeyri-adi səbəbdən 50 min dollar cərimə

Cənubi Amerikanın futbol qurumu KONMEBOL, Ekvadorun “Barselona” klubunun baş məşqçisi Segundo Kastilyonu qeyri-adi səbəbdən cəzalandırıb. Qurum məşqçini 50 min ABŞ dolları məbləğində cərimələyib. Səbəb isə onun Kuba Libertadoresi matçları zamanı geyindiyi parlaq və diqqətçəkən kostyumların reklam xarakterli olmasıdır.

Gizli reklam – “ambush marketing”

Araşdırmalara əsasən, Kastilyo “River Pleyt” – “Barselona Qvayaquil” matçında kostyumunun yaxasında Ekvador milli lotereya şirkətinə aid olan dairəvi bir simvol taxıb. Bu simvol həmin şirkətin reklam kampaniyasının bir hissəsi olub. Lakin bu şirkət rəsmi sponsor sayılmadığından, baş məşqçinin davranışı turnirin qaydalarına zidd hesab olunub.

KONMEBOL bu vəziyyəti “ambush-marketing” – yəni rəsmi sponsor olmadan brendin özünü yarışla əlaqələndirməyə çalışması – kimi qiymətləndirib. Bu isə turnirin reqlamenti ilə qadağandır.

Klubun gəlirlərindən tutulacaq

Nəticədə, Kastilyoya tətbiq edilən 50 min dollarlıq cərimə, klubun turnirdən qazandığı televiziya gəlirlərindən çıxılacaq. Məsələ futbol ictimaiyyətində geniş rezonans doğurub, çünki adətən məşqçilər oyunla bağlı qərarlarına görə cəzalanır, geyim tərzinə görə yox.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni