Madridin “Real” klubu transfer fəaliyyətini davam etdirir. Klub rəsmi olaraq “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldu heyətinə qatdığını elan edib. Bu, daha əvvəl Dini Hysenin təqdimatından sonra ikinci rəsmi transferdir.
25 yaşlı ingilis futbolçusu klub prezidenti Florentino Peresin iştirakı ilə altı illik müqaviləyə imza atıb. İmzalanma mərasimi “Real”ın təlim-məşq bazasında baş tutub.
Ənənəvi hədiyyələr və yeni nömrə
Trent imzadan sonra klubun ənənəsinə uyğun olaraq bir neçə simvolik hədiyyə alıb. Ona “Santyaqo Bernabeu” stadionunun maketi, xüsusi klub saatı və üzərində yeni nömrəsi — 12 yazılmış forma təqdim olunub.
Aleksander-Arnoldun bu transferi ilə “Real” müdafiə xəttini daha da gücləndirmiş oldu. Onun texniki bacarığı və oyun oxuma qabiliyyəti “Kral klubu” üçün vacib silaha çevrilə bilər.