“Qarabağ” U-14 Liqasının çempionu oldu – AFFA komandaları mükafatlandırdı

AFFA tərəfindən təşkil olunan U-14 Liqasının 2024/2025-ci il mövsümünə yekun vurulub. Bayıl stadionunda keçirilən final mərhələsində ilk olaraq üçüncü yer uğrunda oyun, daha sonra isə final qarşılaşması baş tutub.

Sport-az.com xəbər verir ki, bürünc medal uğrunda matçda “Sabah” komandası “Qəbələ”ni 7:2 hesabı ilə məğlub edərək turnirin üçüncüsü olub.

Ardınca keçirilən həlledici qarşılaşmada “Qarabağ” və “Ulduz” komandaları qarşılaşıb. “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanaraq çempionluğa yiyələnib, “Ulduz” isə gümüş medal əldə edib.

Mükafatlandırma mərasimində:

  • “Sabah” komandası bürünc medal,
  • “Ulduz” komandası gümüş medal,
  • “Qarabağ” komandası isə qızıl medal və kubok ilə təltif olunub.

Fərdi nominasiyalar üzrə:

  • İlham Qubadov (“Amasiya”) – ən məhsuldar oyunçu (mövsüm ərzində 38 qol)
  • Ramil Əmirquliyev (“Qarabağ”) – mövsümün ən yaxşı oyunçusu

Mükafatları AFFA-nın Yarışların təşkili departamentinin rəisi Emin Cəfərov və U-18 milli komandasının baş məşqçisi İlham Yadullayev təqdim ediblər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni