More

    Azərbaycan millisinin üzvü Höccət Haqverdi İrana qayıda bilməyib

    Azərbaycan milli komandasının üzvü, iranlı futbolçu Höccət Haqverdi, Yaxın Şərqdə baş verən son hərbi qarşıdurmalar səbəbilə planlaşdırdığı kimi İrana dönə bilməyib.

    Daylinews-az.com xəbər verir ki, 32 yaşlı müdafiəçi bu barədə Teleqraf-a verdiyi müsahibədə danışıb.

    “Müharibə tezliklə dayansa, karyeramı İranda davam etdirəcəyəm”

    Futbolçu bildirib ki, “Neftçi”dən ayrıldıqdan sonra İranda yeni müqavilə imzalamaq niyyətində olsa da, İsrail və İran arasında baş verən son gərginlik bu planların reallaşmasına mane olub. “Özüm İranda deyiləm. Hələ nə olacağını gözləyirəm. İranda müqavilə imzalamağı planlaşdırırdım, amma indi hər şey dəyişib. Bəlkə də başqa yerdə olacaq.”

    Yaxınları təhlükəsizlikdədir

    Təcrübəli futbolçu ailəsi və yaxınlarının müharibədən təsirlənmədiyini də açıqlayıb: “İranda çoxlu qohumum var. Şükür Allaha, hamısı təhlükəsiz şəraitdədir. Qardaşım da İrandadır, onun da, həmçinin təhlükəsi yoxdur. Döyüş zonaları əsasən hərbi hissələrin yaxınlığında olur. Ona görə insanlar da təhlükəsizlik şəraitindədirlər.”

    Eyni zamanda, o, müharibə barədə ətraflı danışmaq istəmədiyini də əlavə edib.

    Qeyd edək ki, Höccət Haqverdi İranın Məşhəd şəhərindəndir və Azərbaycan millisində çıxış edən azsaylı legionerlərdən biridir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni