İspaniya millisinin və “Real Madrid”in sabiq kapitanı, hazırda Meksikanın “Monterrey” klubunda çıxış edən Serxio Ramos, 2024-cü ildə “Qızıl top” mükafatını kime verəcəyini açıqlayıb.
RMC Sport nəşri futbolçunun sözlərini belə sitat gətirir:
“Mən bu mükafatı hər zaman Kilyan Mbappé-yə verərdim. O, ötən mövsüm əla performans göstərdi – çoxlu qollar vurdu, “Qızıl buts”u qazandı. Düzdür, “Real” titulları qazanmadı, amma bu mükafatın kimə veriləcəyini əvvəldən dəqiq bilmək heç vaxt mümkün olmur.”
26 yaşlı fransız hücumçu ötən mövsüm 56 oyunda 43 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bu göstəricilər Mbappeni yenidən “Qızıl top”un əsas favoritlərindən birinə çevirir.
Ramosun açıqlaması son aylarda “Qızıl top” üçün favorit sayılan Lamin Yamal və Mohamed Salah kimi adlardan fərqli bir namizədi önə çıxarır – o, seçimini təcrübəyə və sabitliyə əsasən edir.