Azərbaycan millisinin Ukrayna ilə səfər oyunu Polşada keçiriləcək

Azərbaycan milli futbol komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri bəlli olub.

Sport-az.com xəbər verir ki, D qrupunun IV turu çərçivəsində keçiriləcək qarşılaşma 13 oktyabr tarixində Polşanın Vrotslav şəhərində yerləşən “Tarçinski Arena” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Azərbaycan yığması ilə Ukrayna millisi arasında ilk qarşılaşma 9 sentyabr tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni