Klub Dünya Çempionatının A qrupunda son turun oyunları baş tutdu. Gərgin qarşılaşmalar fonunda “İnter Mayami” və “Palmeyras” növbəti mərhələyə yüksəldilər, “Portu” və “Əl-Əhli” isə yarışla vidalaşdı.
“İnter Mayami” ilə “Palmeyras” arasında baş tutan qarşılaşma məhsuldar və dramatik keçdi. Florida təmsilçisi ilk hissədə üstünlük qazansa da, son dəqiqələrdə üstünlüyünü əldən verdi.
Qollar:
- “İnter Mayami”: Alende (16), Luis Suares (65)
- “Palmeyras”: Paulinyo (80), Maurisio (87)
Oyun nəticəsi: İnter Mayami – Palmeyras 2:2
Bu nəticə hər iki komandaya 1 xal qazandırdı və onların hesabındakı xalların sayı 5-ə çatdı. Nəticədə hər iki kollektiv pley-offa vəsiqə qazandı.
Qol yağışı: Portu – Əl-Əhli matçı 4:4 hesabı ilə bitdi
Günün ikinci oyunu tam futbol şousuna çevrildi. “Portu” və “Əl-Əhli” azarkeşlərə səkkiz qol təqdim etsə də, qalib müəyyən olunmadı. Maraqlıdır ki, “Əl-Əhli” dörd dəfə önə keçdi, amma hər dəfə “Portu” buna cavab verdi.
Qollar:
- “Portu”: Mora (23), Qomes (50), Samu (53, 89)
- “Əl-Əhli”: Əbu Əli (15, 45+2 penalti, 51), Ben Romdhan (64)
Oyun nəticəsi: Portu – Əl-Əhli 4:4
Bu heç-heçədən sonra hər iki komanda 2 xal topladı və turnirdəki çıxışını başa vurdu.
Qrup A yekun cədvəli:
- İnter Mayami – 5 xal (play-off)
- Palmeyras – 5 xal (play-off)
- Portu – 2 xal
- Əl-Əhli – 2 xal



