İngiltərənin “Tottenhem” klubunda çıxış etmiş Kristian Sebalyos yenidən “Sabah” klubuna qoşulub. Lakin bu dəfə o, meydanda deyil, məşqçi heyətində yer alacaq.
Sport-az.comun Sportinfo.aza istinadən verdiyi məlumata görə, 32 yaşlı ispaniyalı mütəxəssis “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskasın köməkçisi qismində fəaliyyət göstərəcək. Bu təyinatla Sebalyos peşəkar futbol karyerasından sonra məşqçilik sahəsində ilk addımlarını atmış olur.
Xatırladaq ki, Sebalyos futbolçu kimi də “Sabah” klubunun heyətində çıxış edib. O, Azərbaycan təmsilçisinin formasını geyindiyi 31 matçda 6 qol və 6 assistlə yadda qalıb.
Futbolçu karyerasına isə Kristian Sebalyos bir sıra tanınmış klublarda davam edib. O, İngiltərədə “Tottenhem” və “Çarlton”, Qətərdə “Qətər” SC və “Əl-Vakra”, Belçikada isə “Sent-Trüden” komandalarında çıxış edib. O, son olaraq “Sabah” klubunda oynadıqdan sonra karyerasını başa vurmuşdu.