Fransız nəhəngi “Olympique Lyon” maliyyə problemləri səbəbindən ciddi cəzalarla qarşılaşıb və 500 milyon avrodan çox borcu olan klub, növbəti mövsümdə Liqa 2-də mübarizə aparacaq.
RMC Sport-un verdiyi məlumata görə, “Lyon”un aşağı divizyona düşməsi ilə bağlı rəsmi qərar verilib. Bu qərarın səbəbi klubun maliyyə çətinlikləri olub. Mənbələrin verdiyi məlumata görə, “Lyon”un borcu 500 milyon avrodan çoxdur və hazırda bu borcu ödəmək üçün heç bir imkanları yoxdur.
Klubun sahibi John Textor şəxsən ölkənin maliyyə komissiyasına müraciət edərək, Lyonun aşağı liqaya düşməməsi üçün cəhd edib, lakin onun arqumentləri kifayət qədər inandırıcı sayılmayıb.
Hazırda Lyon klubu Liqa 2-də çıxış etməyə hazırlaşır, amma bu qərara qarşı hələlik apellyasiya hüququna sahibdir.
Xatırladaq ki, daha əvvəl də “Lyon” futbol klubu, FIFA tərəfindən cəzalandırılıb və yeni oyunçuları qeydiyyata almaq qadağan edilib.



