More

    İspaniyada 23 yaşlı futbolçu avtomobil qəzasında həyatını itirib

    İspaniyanın “Las Palmas” klubunun ehtiyat komandasında çıxış edən 23 yaşlı müdafiəçi Seben Ramos, avtomobil qəzası nəticəsində aldığı ağır xəsarətlər səbəbilə vəfat edib.

    Sport-az.comun mk.ruya istinadən verdiyi məlumata görə, hadisə iyunun 9-da Qran-Kanariya adasındakı Arukas şəhərində baş verib. Qəza zamanı Ramos başından ciddi travma alıb və vəziyyəti kritik olaraq xəstəxanaya yerləşdirilib. Təəssüf ki, bütün tibbi müdaxilələrə baxmayaraq, futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

    Maraqlı və eyni zamanda ürəkdağlayan məqam ondan ibarətdir ki, qəzanın baş verdiyi gün Seben Ramosun komandası İspaniya çempionatının dördüncü divizionuna vəsiqə qazanmışdı. Bundan əlavə, futbolçunun klubla yeni müqavilə uzatması barədə razılığa gəldiyi də bildirilir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni