Əfsanəvi futbolçu “Lester”dən ayrıldı: komanda Premyer Liqanı tərk etdi, van Nistelroy istefaya getdi

“Real” və “Mançester Yunayted”in keçmiş ulduzu Rudd van Nistelroy “Lester”in baş məşqçi postundan ayrılıb. Klub APL-dən düşdükdən sonra tərəflər müqaviləyə vaxtından əvvəl xitam veriblər.

İngiltərənin “Lester Siti” klubu baş məşqçi Rudd van Nistelroy ilə yollarını ayırdığını rəsmən açıqlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Açıqlamada qeyd olunur ki, klub və mütəxəssis qarşılıqlı razılıq əsasında əməkdaşlığa vaxtından əvvəl son qoyublar.

Mən futbolçulara, klub əməkdaşlarına, akademiyaya və birlikdə çalışmaq şansı əldə etdiyim hər kəsə təşəkkür edirəm. Xüsusi təşəkkürüm isə azarkeşlərədir – daim dəstək verdilər. ‘Lester’e gələcəkdə uğurlar arzulayıram”, – deyə van Nistelroy vidalaşma bəyanatında bildirib.

Gəlişinə ümid vardı, nəticə isə məyusedici oldu

2024-cü ilin noyabrında “Lester”i çalışdırmağa başlayan van Nistelroy, klubla 2027-ci ilin yayına qədər müqavilə imzalamışdı. Lakin gözləntilər özünü doğrultmadı.

Komanda Premyer Liqa mövsümündə cəmi 5 qələbə qazandı və 27 oyundan sonra 18-ci pillədə qərarlaşaraq Çempionşipə düşdü.

Van Nistelroy – futbol tarixinə iz qoymuş ad

Futbolçu karyerasında “Real Madrid”, “Mançester Yunayted”, “PSV” və “Hamburq” kimi klublarda çıxış edən van Nistelroy, Avropanın ən məhsuldar hücumçularından biri kimi tanınıb. O, 2000–2010-cu illərdə həm klub, həm də Hollandiya millisi ilə parlaq oyunlar sərgiləyib.

Məşqçilik karyerasında isə daha öncə PSV-nin əsas komandasında işləyib və gənclərlə bağlı layihələrdə yer alıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni