İngiltərə futbolunun canlı əfsanəsi, “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi futbol tarixinin ən yaxşı oyunçusu ilə bağlı fikirlərini bölüşüb. Onun seçimi – Lionel Messi.
“Məncə, Messi tarixdə birincidir”
Runi bu barədə verdiyi açıqlamada deyib:
“Mən düşünürəm ki, Messi futbol tarixində bir nömrədir. Sadəcə, o, mənim üçün dünyanın ən yaxşısıdır. İnsanlar məni çox tənqid edirlər ki, niyə Ronaldonu yox, Messini seçirəm. Amma hər kəsin öz fikri var.”
“Hər ikisi möhtəşəmdir. Yəqin ki, futbol tarixində oynamış ən yaxşı iki oyunçudurlar. Amma mənim fikrimcə, Messidə bir qədər əlavə sehr var – mən məhz bu cəhətinə görə onu seçirəm”, – deyə Ueyn Runi vurğulayıb.
Runi daha əvvəl həm Lionel Messi, həm də Kriştianu Ronaldo ilə müxtəlif turnirlərdə rəqib olub və onların oyununu birinci əldən müşahidə edib.



