Messi MLS-də tarix yazmağa yaxınlaşır – Anri-nin rekordunu təkrarladı

“İnter Mayami”nin hücumçusu Lionel Messi ABŞ MLS çempionatında növbəti tarixi uğura imza atmağa bir addım da yaxınlaşdı. Kanadanın “Monreal” klubuna qarşı oyunda ulduz futbolçu 2 qol vurub və 1 məhsuldar ötürmə verərək unikal göstərici ilə yadda qaldı.

Messi MLS tarixində ardıcıl 3 matçda ən azı 2 qol və 1 assist edən yalnız 4-cü oyunçu oldu. Bu nəticəyə sonuncu dəfə 2012-ci ilin mart-aprel aylarında Tyeri Anri çatmışdı. Daha əvvəl bu uğura Dieqo Serna (2001) və Ante Razov (1999) nail olmuşdu.

Monreal qarşısında parlaq performans

“Monreal” üzərində qazanılan qələbədə Messi komandası üçün həlledici fiqur oldu. O, mərkəz zonasından başladığı driblinq hücumunu qolla tamamlayaraq yenə də səhnənin ulduzu oldu. Matçın yekunu: “İnter Mayami” – “Monreal” 3:1.

Statistik nəticələr

Bu mövsüm Messi artıq:

  • 14 oyuna 12 qol
  • 6 məhsuldar ötürmə göstərib.

Bu göstəricilər futbol əfsanəsinin MLS-də də dominant performans göstərdiyini təsdiqləyir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni