Azərbaycanda çimərlik futbolu üzrə növbəti Super Liqa turniri keçiriləcək. Sport-az.com-un yaydığı xəbərə əsasən, bu mötəbər yarışda ümumilikdə 6 komanda birincilik uğrunda mübarizə aparacaq. Azərbaycan Çimərlik Futbolu Federasiyasının rəsmi məlumatına görə, Super Liqada iştirak edəcək komandalar aşağıdakılardır:
- “Dirçəliş”
- “Yasamal-Baku Football Academy”
- “Çinar Zəngilan”
- “Rekord Klub 2019”
- “Marafon İdman Klubu 2015”
- VTB
Qeyd edək ki, Super Liqa 11-15 iyul tarixləri arasında baş tutacaq.



