“Liverpul” Diogu Jota ilə müqaviləni bilərəkdən ləğv etdi

İngiltərənin “Liverpul” klubu portuqaliyalı hücumçu Diogu Jota ilə müqaviləni onun dəhşətli yol qəzasında həlak olmasından sonra qəsdən ləğv edib. Bu addımın arxasında isə futbolçunun ailəsinə dəstək göstərmək niyyəti dayanır.

FİFA qaydalarına əsasən, əgər futbolçu vəfat edərsə, klubla olan müqaviləsi avtomatik olaraq etibarsız sayılır. Belə halda klub yalnız oyunçunun ölüm gününədək olan əməkhaqqı borcunu ödəməyə borcludur.

Lakin daha əvvəl yayılan məlumatlara görə, “Liverpul” rəhbərliyi Jotanın ailəsinə müqaviləsinin son iki ili üzrə nəzərdə tutulmuş bütün maaşı ödəmək qərarına gəlib. Bunun üçün də klub ölümündən sonra onunla müqaviləni rəsmən ləğv edib – hüquqi baxımdan bu, ödənişin tam şəkildə həyata keçirilməsinə imkan verir.

Jurnalist Tom Herringtonun məlumatına əsasən, “Liverpul” həmçinin Diogu Jotanın üç övladının təhsil xərclərini ömürlük öz üzərinə götürüb.

Diogu Jota “Liverpul” forması ilə 182 oyuna çıxmış, 65 qol vurmuş və 26 məhsuldar ötürmə vermişdi. O, klubla birlikdə 4 titul qazanmağa da nail olmuşdu.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni