Milanın “İnter” klubu yay transfer dönəmində hədəfləri arasına PSJ-nin 29 yaşlı ispaniyalı yarımmüdafiəçisi Marko Asensionu da daxil edib. Klub son illərdə futbolçunu iki dəfə heyətinə qatmağa çalışsa da, bu cəhdlər uğursuz olmuşdu.
Yeni baş məşqçi Kristian Kivunun oyun planına uyğun gələn Asensio “İnter”in taktiki sxemində ideal fiqur hesab olunur. Klub onun üçün təklif hazırlayır və PSJ də futbolçu ilə yollarını ayırmağa əleyhinə deyil.
Lakin danışıqlarda əsas maneə Asensionun maaşı ola bilər. “İnter” rəhbərliyi ispan futbolçunun tələb etdiyi əməkhaqqını çox yüksək hesab edir və bu, tərəflər arasında razılaşmanı çətinləşdirə bilər.
Qeyd edək ki, 2025-ci ilin qışında Asensio icarə əsasında “Aston Villa”ya keçmişdi. O, Premyer Liqada 21 oyunda 8 qol vurub və 1 assistlə yadda qalıb. Lakin İngiltərə klubu onun transfer hüququnu almaqdan imtina edib və futbolçu PSJ-yə geri dönüb.
PSJ-də 1xBet-in dəstəyi ilə çıxış edən yarımmüdafiəçi 2023/24 mövsümündən bəri klubun heyətindədir – Markonun aktivində 47 oyun, 7 qol və 11 assist var.



