Fluminense – Çelsi: yayın ən böyük futbol turnirində finala çıxmaq uğrunda döyüşü qaçırma!

Qlobal bettinq şirkəti 1xBet sizi 8 iyulda MetLife Stadium-da keçiriləcək yarımfinal matçına dəvət edir.

Təcrübə və səbr

Pley-off mərhələsində Fluminense əvvəlcə İnteri 2:0 hesabı ilə məğlub etdi, daha sonra isə güclü Mançester Siti-ni turnirdən kənarlaşdırmış Əl-Hilalı keçdi. Renato Gauço-nun rəhbərlik etdiyi Braziliya komandası yay mövsümünün ən vacib turnirində yalnız 5 oyundan 2-də qol buraxaraq nizamlı müdafiə oyunu ilə təəssürat yaratdı.

Fluminense təcrübəli oyunçulara güvənir. Komandanın qapısını 44 yaşlı Fabio qoruyur, hücum xəttində 37 yaşlı Herman Kano çıxış edir, kapitan və Tricolor-un lideri isə 40 yaşlı Tiago Silvadır. Belə heyət komandaya təzyiqə tab gətirməyə və istənilən rəqibə qarşı inamla çıxış etməyə imkan verir. Ola bilər ki, məhz bu qarışım gənc və iddialı Çelsini dayandıra biləcək gücdür.

Fluminense üçün problem əsas mərkəz müdafiəçisi Xuan Freytas və yarımmüdafiənin lideri Martinellinin yoxluğudur. Hər iki futbolçu sarı vərəqələrin limitini aşdığı üçün qarşıdakı oyunu buraxacaq.

Çelsi üçün sınaq 

1/8 final mərhələsində Entso Mareskanın komandası Benfikanı, dörddəbir finalda isə Palmeyrası 2:1 hesabı ilə məğlub etdi. Londonlular püşkdə şanslı oldular – indiyə qədər onlara status və maliyyə baxımından bərabər səviyyəli rəqib düşməyib. Bununla belə, Çelsi artıq bu turnirdə məğlubiyyət yaşayıb – qrup mərhələsində «Mavilər» Flamengo qarşısında uduzmuşdu.

Levi Kolvill və Liam Delap sarı vərəqə limitini aşdıqları üçün qarşıdakı oyunu buraxacaqlar. Entso Mareska Flamengo ilə oyunda aldığı mənasız qırmızı vərəqədən sonra Nikolas Ceksuna yenidən etibar edəcəkmi? Hücumçu iki oyunluq cəzadan sonra Palmeraysla matçda iştirak edə bilərdi, lakin ehtiyat oyunçular skamyasında qaldı.

Çelsi oyunda təşəbbüsü ələ almağa çalışacaq, Fluminense isə əks-hücumlarla fərqlənməyə ümid edəcək. Bununla belə, londonlular üçün riskə getmək və tələsmək məntiqli deyil – matçın sonuna yaxın Tricolorun bir çox futbolçuları yorulacaq, Entso Mareska isə keyfiyyətdən itirmədən meydana yeni və enerjili oyunçular buraxa biləcək.

Kim favoritdir?

1xBet ekspertləri üstünlüyü Çelsiyə verir. İngiltərə klubunun qələbəsinə 1.744 əmsalı ilə, Fluminesenin qalibiyyətinə isə 5.12 əmsalı ilə mərc etmək olar. Heç-heçə nəticəsinə qoyulan mərc isə 3.89 dəfə artır.Finala vəsiqə uğrunda həlledici qarşılaşmaya 1xBet Azərbaycan platformasında bax və sevdiyin komandaya dəstək ol!

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni