Tofiq Bəhramov stadionu ESSMA-nın rəsmi üzvü oldu

Tofiq Bəhramov adına Respublika stadionu Avropa Stadion və Təhlükəsizlik İdarəçiliyi Assosiasiyası – ESSMA-ya rəsmi olaraq üzv qəbul edilib. Sport-az.com xəbər verir ki, bu barədə məlumat ESSMA-nın rəsmi platformasında da yayımlanıb.

Üzvlüyün əsas məqsədi stadionun beynəlxalq təcrübə mübadiləsinə qoşulması, həmçinin idarəetmə, təhlükəsizlik və infrastruktur sahələrində müasir standartlara uyğun inkişafının təmin olunmasıdır. ESSMA üzvlüyü bu baxımdan arenaya mühüm imkanlar yaradacaq.

ESSMA paylaşımında vurğulanan məqamlar:

  • Stadionun 31 200 tamaşaçı tutumu var.
  • Azərbaycan milli komandası və “Qarabağ” FK ev oyunlarını bu stadionda keçirir.
  • Arena, dünyada məşhur futbol hakiminin – Tofiq Bəhramovun adını daşıyan ilk stadion kimi tanınır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni