Lion növbəti mövsüm üçün Liqa 1-də yerini qorudu

Lion klubu aşağı liqaya düşmək qərarına etiraz edərək Fransa elit divizionunda – Liqa 1-də yerini saxlaya bildi. Bu barədə L’Equipe məlumat yayıb.

Klub Fransanın futbol üzrə maliyyə nəzarət orqanı olan DNCG-nin qərarına apellyasiya şikayəti verərək komandanın maliyyə vəziyyətinin yaxşılaşdığını sübut edən əlavə sənədlər təqdim edib. “Olimpik Lion” klubunun şikayəti təmin olunub və komandanın Liqa 2-yə salınması qərarı ləğv edilib.

Bununla belə, DNCG komissiyası klubun maaş büdcəsi və transfer xərcləri üzərində nəzarət tətbiq edəcək. Bu nəzarət təqdim olunan Liqa 1 büdcəsinə əsaslanacaq.

Klubun açıqlamasında deyilir:
“Bu gün qəbul edilən qərar Lionun etibarını bərpa etməyə doğru atılmış ilk addımdır. Artıq diqqətimizi tam şəkildə idman məqsədlərinə yönəldə və növbəti mövsümə hazırlaşa bilərik.”

Xatırladaq ki, Lion klubu və UEFA maliyyə monitorinqi barədə razılaşma imzalayıb. Əgər klub apellyasiyanı udarsa, o zaman böyük məbləğdə cərimə ödəməli olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni