Avropa çempionatının qadınlar arasında D qrupu oyunları bir sıra rekordlarla yadda qaldı

Qadınlar arasında Avropa çempionatında D qrupu üzrə ikinci tur oyunları keçirilib.

İngiltərə yığması Niderlandı 4:0,
Fransa yığması isə Uelsi 4:1 hesabı ilə məğlub edib.

Hər iki oyun maraqlı statistik nəticələrlə yadda qalıb.

Tarixi qol — rekord yaşda

Uels millisinin oyunçusu Cess Fișlok, Fransanın qapısına vurduğu qolla Avropa çempionatları tarixində qol vuran ən yaşlı oyunçu olub:

  • 38 yaş 176 gün – Cess Fișlok (Uels, 2025)
  • 37 yaş 33 gün – Culi Nelson (Şimali İrlandiya, 2022)

Fransa millisindən qol rekordu

Fransa millisi, 2025-ci ildə keçirdiyi 9 oyunda 24 qol vuraraq, artıq ötən ilin nəticəsini (24 qol / 16 oyun) təkrarlayıb.

Sarina Veyqmandan Avropa çempionatlarında rekord qələbə

İngiltərə yığmasının baş məşqçisi Sarina Veyqman, Avropa çempionatlarında 13-cü qələbəsini qazanaraq turnir rekordunu təkrarlayıb:

  • 13 – Tina Teyne
  • 13 – Sarina Veyqman

Alessia Russo-dan məhsuldarlıq rekordu

İngiltərə yığmasının hücumçusu Alessia Russo, Niderlandla oyunda 3 məhsuldar ötürmə edərək 2013-cü ildən bu yana turnirin rekorduna imza atıb.

Loran Ceyms — böyük turnirlərdə lider

Loran Ceyms, İngiltərə millisinin heyətində böyük turnirlərdə (DÇ-2023 və AÇ-2025) keçirdiyi 5 oyunda 8 məhsuldar hərəkət (5 qol + 3 assist) ilə bu dövrdə ən yüksək göstəriciyə sahib oyunçu olub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni