“Qarabağ”ın 17 yaşadək futbolçulardan ibarət komandası İsveçdə keçirilən “Gothia Puma Trophy” turnirinə uğurlu start verib.
Sport-az.com xəbər verir ki, Ağdam təmsilçisi turnirin I turunda İsveçin “Myallbu” klubu ilə qarşılaşıb.
Matç “Qarabağ” U-17-nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan komandasının heyətində hər iki qolu Əli Əliyev vurub və bu nəticə komandaya turnirdə ilk üç xalı qazandırıb.



