İyulun 16-da start veriləcək “Quba Open” beynəlxalq şahmat festivalında reytinq favoritinin adı bəlli olub.
Sport-az.com xəbər verir ki, turnirin əsas iddialısı Azərbaycan şahmatçısı Məhəmməd Muradlıdır. O, iştirakçı siyahısına liderlik edir və əsas favoritlərdən biri sayılır.
Bu nüfuzlu yarışda ümumilikdə 42 şahmatçı iştirak edəcək. Onların sırasında Şimali Makedoniyadan Yevgeni Romanov, Ukraynadan Vitali Bernadski, Gürcüstandan Mixail Kekelidze, həmçinin ötən həftə “Lənkaran Open”də birinci yeri tutmuş Xaqan Əhməd də yer alacaq.
Festival İsveçrə sistemi ilə keçiriləcək və 9 turdan ibarət olacaq.



