Azərbaycan şahmatçısı Misrətdin İskəndərov Türkiyənin Dənizli şəhərində təşkil olunan beynəlxalq şahmat turnirində uğurlu çıxışla yadda qalıb.
Sport-az.com xəbər verir ki, qrossmeyster son turda gürcü şahmatçı Qiqa Quparadze ilə bərabərə oynayıb və ümumilikdə 6,5 xal toplayaraq turniri ikinci pillədə başa vurub. İskəndərov əlavə göstəricilərə görə yalnız qalibə uduzaraq, digər dörd rəqibini qabaqlayıb.
Turnirin birincisi Yevgeni Romanov (Şimali Makedoniya) olub. O, 9 oyundan 7 xal qazanaraq birinci yeri tutub.
Qeyd edək ki, yarışda 13 ölkədən 82 şahmatçı mübarizə aparıb.



