UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün cavab oyunlarına start veriləcək.
Sport-az.com xəbər verir ki, 15 iyul tarixində 12 qarşılaşma baş tutacaq. Oyunlar Bakı vaxtı ilə saat 19:00-dan etibarən başlayacaq.
Cədvəl üzrə cavab oyunları:
- 19:00 – Kayrat (Qazaxıstan) – Lyublyana (Sloveniya)
- 19:30 – Linkoln (Cəbəllütariq) – Vikinqur (Farer adaları)
- 21:00 – Hamrun (Malta) – Jalgiris (Litva)
- 21:00 – Malmö (İsveç) – İberia (Gürcüstan)
- 21:00 – RFŞ (Latviya) – Levadia (Estoniya)
- 22:00 – Differdanj (Lüksemburq) – Drita (Kosovo)
- 22:00 – Şkendiya (Şimali Makedoniya) – TNS (Uels)
- 22:30 – İnter Eskaldes (Andorra) – FKSB (Rumıniya)
- 23:00 – Bredablik (İslandiya) – Eqnatia (Albaniya)
- 23:00 – Buduçnost (Monteneqro) – Noah (Ermənistan)
- 23:00 – Zrinski (Bosniya və Herseqovina) – Virtus (San-Marino)
Qeyd: II təsnifat mərhələsində yarışa qoşulacaq “Qarabağ” komandası “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları 22-23 və 29-30 iyul tarixlərində baş tutacaq.



