Tramp futbol tarixinin ən yaxşı oyunçusunu açıqladı

ABŞ prezidenti Donald Tramp, Kluplararası Dünya Çempionatının finalından sonra DAZN kanalına müsahibəsində futbol tarixində ən yaxşı oyunçunun kim olduğunu açıqlayıb.

Trampın sözlərinə görə, ona ən böyük təəssüratı Pelə bağışlayıb:

“Çox illər əvvəl, mən hələ gənc idim, ABŞ-a Pelenin adlı bir futbolçu gəldi – o, ‘New York Cosmos’ klubunda oynayırdı.

Həmin stadion insanla dolu idi – bu, stadion yenilənməzdən əvvəl idi və orada Pelə çıxış edirdi. Yaşlı görünmək istəmirəm, amma bu çox illər əvvəl idi və mən o zaman gənc idim, ona görə də gəlib Peləni izlədim – o, inanılmaz idi.

Ona görə də mən klassiklərdən birini seçəcəyəm və deyəcəyəm: Pelə fantastik istedada sahib idi”, – deyə Tramp bildirib.

Xatırladaq ki, Kluplararası Dünya Çempionatının qalibi Londonun “Çelsi” klubu oldu. PSJ isə 1xBet-in dəstəyi ilə çıxış etdiyi finalda 0:3 hesabı ilə məğlub oldu.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni