Rənat Dadaşov karyerasını Polşada davam etdirəcək

Azərbaycan milli komandasının hücumçusu Rənat Dadaşov Polşa Ekstraklasa təmsilçisi “Motor” klubuna transfer olunub. Sport-az.com xəbər verir ki, 26 yaşlı futbolçu yeni komandası ilə bir illik müqavilə imzalayıb. Müqavilədə daha bir il uzadılma opsiyası da nəzərdə tutulub.

Klubdan yüksək qiymət

“Dadaşov – profili komandamıza mükəmməl uyğun gələn hücumçudur. O, havada yaxşı oynayır, arxasında müdafiəçi olduğu halda da effektivdir və müdafiədə fəal iştirak edir. Onun zəngin təcrübəsi var – Avropanın güclü liqalarında çıxış edib və son altı ayı Ekstraklasada keçirdiyindən, liqanın reallıqlarını da yaxşı bilir”, – deyə klubun idman direktoru Pavel Qolanski bildirib.

Futbolçunun ilk təəssüratları

““Motor”a qoşulduğum üçün çox sevinirəm. Yeni mövsümün başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, bizim üçün uğurlu olacaq. Eşitmişəm ki, ilk oyunda stadionda yer tapmaq çətin olacaq – bu oyunu səbirsizliklə gözləyirəm”, – deyə Rənat Dadaşov klubun saytına açıqlamasında bildirib.

Qeyd edək ki, ötən mövsüm Dadaşov Polşanın digər klubu “Radomyak”ın heyətində çıxış edib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni