UEFA Azərbaycanın 9 klubuna 142 min avro ödəniş edib

UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycanın 9 klubuna maliyyə dəstəyi göstərib. “Qarabağ” klubu istisna olmaqla, ölkənin digər təmsilçilərinə AFFA-nın vasitəçiliyi ilə ümumilikdə 1 milyon 279 min avro köçürülüb.

2024/2025 mövsümünə aid olan bu ödəniş proqramı çərçivəsində aşağıdakı klubların hər biri 142 min 111 avro alıb:

  • Neftçi
  • Səbail
  • Qəbələ
  • Sumqayıt
  • Sabah
  • Araz-Naxçıvan
  • Zirə
  • Turan Tovuz
  • Kəpəz

Bu vəsait UEFA-nın uşaq futbolunun inkişafı və klub infrastrukturunun dəstəklənməsi məqsədilə ayrılıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni