Bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin son oyunları keçiriləcək. Beləliklə, turnirin bu mərhələsinə iki qarşılaşma ilə yekun vurulacaq.
Sport-az.com xəbər verir ki, iyulun 16-da baş tutacaq son oyun günündə aşağıdakı iki matç oynanılacaq:
- “Dinamo Minsk” – “Ludoqorets”
- “Linfild” – “Şelbrun”
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” mübarizəyə II təsnifat mərhələsindən başlayacaq və rəqibi məhz bu gün keçiriləcək “Linfild” – “Şelbrun” duelinin qalibi olacaq.



