Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı rəqibi öyrəndi. Klubun sosial şəbəkə hesabında verilən məlumata görə, “Qarabağ” bu mərhələdə İrlandiyanın “Shelbourne” komandası ilə qarşılaşacaq.
İrlandiya təmsilçisi bu mərhələyə 1-ci raundda “Linfield”i mübarizədən kənarlaşdırmaqla vəsiqə qazanıb. İki oyunun nəticəsinə görə “Shelbourne” üstün olub: ilk oyun – 1:0, cavab görüşü isə 1:1 hesabı ilə başa çatıb.
“Qarabağ” – “Shelbourne” qarşılaşmaları 22/23 və 29/30 iyul tarixlərində keçiriləcək.



