“Neftçi” Polşada ilk yoxlama oyununa çıxır

Yeni mövsümə hazırlığını davam etdirən “Neftçi” bu gün Polşada ilk yoxlama matçına çıxacaq. Bakı təmsilçisi İsrailin “Hapoel Təl-Əviv” klubu ilə qarşılaşacaq.

Sport-az.com klubun rəsmi mənbəsinə istinadən xəbər verir ki, “ağ-qaralar” iyulun 22-də Polşanın “Termalitsa Nyeçetşa” komandası ilə də gücünü sınayacaq.

Komanda hazırlığın ilk mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda keçib. İkinci mərhələ isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunub.

“Neftçi” bu toplanış çərçivəsində aşağıdakı yoxlama görüşlərini keçirəcək:

  • İyulun 22-də – “Termalitsa Nyeçetşa” (Polşa)
  • İyulun 27-də – “Asteras Tripolis” (Yunanıstan)
  • Avqustun 1-də – AEL (Kipr)

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni