“Araz-Naxçıvan” Türkiyədə son yoxlama oyununda “Trabzonspor”u məğlub etdi

Hazırda Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” komandası hazırlıq prosesi çərçivəsində keçirdiyi son yoxlama görüşündə qələbə qazanıb.

Naxçıvan təmsilçisi bu dəfə rəqib olaraq Türkiyə Superliqasının iddialı klublarından biri olan “Trabzonspor”la qarşılaşıb. Görüş məhsuldar mübarizə şəraitində keçib və “Araz-Naxçıvan” 3:2 hesabı ilə qalib gəlib.

Komandanın əvvəlki yoxlama oyunlarının nəticələri:

  • “Bayburtspor” üzərində 14:0 hesablı qələbə
  • “Alanyaspor”la 0:0 hesablı heç-heçə
  • “Konyaspor”a 1:2 hesabı ilə məğlubiyyət

“Araz-Naxçıvan” iyulun 19-da hazırlıq toplanışını başa vuraraq Bakıya dönəcək. Komanda burada UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris”lə (Yunanıstan) oyuna hazırlığı davam etdirəcək.

Qeyd edək ki, Elmar Baxşıyevin başçılıq etdiyi kollektiv ilk oyununu iyulun 24-də Bakıda, cavab qarşılaşmasını isə iyulun 31-də Salonikidə keçirəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni