“Zirə”nin U-16 komandasında çıxış edən futbolçunun meyiti dənizdə tapıldı

Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbəsində nəzarətsiz ərazidə – xilasetmə məntəqəsindən təqribən bir kilometr uzaqda dənizdə batan yeniyetmə futbolçunun meyiti aşkarlanıb.

Sport-az.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə görə, dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində meyit tapılaraq aidiyyəti qurumlara təhvil verilib.

Məlum olub ki, dənizdə həyatını itirən şəxs “Zirə” futbol akademiyasının üzvü, U-16 komandasının oyunçusu Fərid Şahverdiyev olub.

Hadisə ilə bağlı əlavə araşdırmalar aparılır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni