23 iyulda keçiriləcək ikinci təsnifat mərhələsinin oyunu üçün MelBet baxış təqdim edirik.
Tarixi çempionluqdan pab komandası səviyyəsinə
Ötən mövsüm Şelburn İrlandiya çempionu olaraq 20 ildən sonra ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı. Lakin yeni mövsümdə «Qırmızılar» ölkənin ən güclü komandası statusunu təsdiqləyə bilmirlər: çempionatın sonuna 11 tur qalmış komanda 5-ci yerdə qərarlaşıb və liderdən 14 xal geri qalır.
İyun ayında uğursuz çıxışlara görə komandaya yeni baş məşqçi təyin olundu. Buna qədər «Qırmızılar»a İrlandiya futbolunun əfsanəsi Demyen Daff rəhbərlik edirdi , lakin o, məğlubiyyətlərdən birindən sonra komandanı sərt şəkildə tənqid etdi. Məşqçi bildirdi ki, hətta pab komandası belə onun futbolçularından daha yaxşı motivasiya, enerji və keyfiyyət nümayiş etdirir. Bundan sonra isə o, komandadan ayrılmaq qərarı verdi.
Hazırda Şelburna Daffın sabiq köməkçisi Coi O’Brayen rəhbərlik edir. Onun rəhbərliyi altında keçirilən ilk beş oyunda «Qırmızılar» iki qələbə qazanıb, üç dəfə isə heç-heçə ediblər.
Qarabağ formaya düşür
Ötən mövsüm Qarabağ ardıcıl dördüncü, ümumilikdə isə on birinci dəfə Azərbaycan çempionu oldu və eyni zamanda ardıcıl on birinci dəfə Çempionlar Liqasına vəsiqə qazandı. «Köhləm Atlar» yay toplanışı çərçivəsində dörd yoxlama oyunu keçirdi: Metallist 1925 ilə matçda 4:5 hesabı ilə uduzdular, Tvente ilə keçirilən iki oyunda qələbələri bölüşdülər (3:2, 1:2) və Klublararası Dünya Çempionatının iştirakçısı RB Zaltsburqa 1:2 hesabı ilə məğlub oldular.
Qeyd edək ki, komandanın yeni futbolçuları Dani Bolt və Pedro Bikalyo tez bir zamanda kollektivə uyğunlaşıb və əsas heyətin vacib üzvlərinə çevriliblər. Eyni zamanda, Nəriman Axundzadə qol hissini qoruyub saxlayıb və artıq üç dəqiq zərbə ilə yadda qalıb.
Şelburndan nə gözləmək olar
Çempionlar Liqasının birinci təsnifat mərhələsində Şelburn Linfild-i mübarizədən kənarlaşdırdı. Ev oyununda «Qırmızılar» 1:0 hesabı ilə qalib gəldilər, səfərdə isə 1:1 hesablı heç-heçə ilə növbəti mərhələyə vəsiqə qazandılar.
Demyen Daffın dövründə komanda etibarlı müdafiəyə və cinahdan ötürmələrə əsaslanan praqmatik futbola üstünlük verirdi. «Qırmızılar» standart vəziyyətlərdən də effektiv istifadə edir və yüksək fiziki hazırlıqlarına güvənirdilər.
Yeni baş məşqçi Coi O’Brayen dərhal fərqli yanaşmasının olduğunu göstərdi. O, komandaya pressinq və topa nəzarətə əsaslanan daha hücumameyilli oyun tərzini aşılamağa çalışır. Bununla belə, «Qırmızılar»ın Daffın öyrətdiklərini unutmadıqları şübhəsizdir və əgər onlar yenidən müdafiədən oynayıb nəticəyə fokuslansalar, bu, bizi təəccübləndirməz.
Kimə diqqət yetirmək lazımdır?
Şelburnun hücumçusu Ademipo Odubeko komandamızın müdafiəsi üçün ciddi problemə çevrilə bilər. O, Mançester Siti və Mançester Yunaytedin akademiyalarında yetişib, daha sonra isə İngiltərənin müxtəlif klublarında müxtəlif səviyyələrdə çıxış edib. Odubeko topla inamlı hərəkət edir, düzgün mövqe seçməyi bacarır və yaxşı texnikaya malikdir. Son vaxtlar ardıcıl üç oyunda qol vurub və əla formada olduğunu göstərir.
İntriqalı Çempionlar Liqası matçını MelBet platformasında izləyin və sevimli komandanızla birlikdə qələbə qazanın!Bəzi oyunçular soruşur: MelBet pul ödəyirmi? Əlbəttə, ödəyir! Bu beynəlxalq şirkətin 13 illik nüfuzlu fəaliyyəti və yüz minlərlə məmnun istifadəçisi var. Uduşların çıxarılması üçün bank köçürmələri, elektron pulqabılar və kriptovalyutalar daxil olmaqla geniş ödəniş üsulları mövcuddur.
Əlaqədar yazılar:
- “Şelburn” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi
- UEFA Çempionlar Liqası: “Qarabağ” – “Şelburn” matçının biletləri satışa çıxır
- Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları tamamlanıb
- UEFA Çempionlar Liqası: Cavab oyunları bu gün start götürür
- UEFA Avropa Liqasında I təsnifat mərhələsinə dörd qarşılaşma ilə start veriləcək



