UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iyulun 23-də Bakıda “Zirə” və “Hayduk” komandaları arasında keçiriləcək matç üçün bilet satışı davam etməkdədir. Sport-az.com-un məlumatına görə, bu görüş üçün indiyədək 3200 bilet satılıb.
Matçla bağlı əlavə detallar:
- “Hayduk”u Azərbaycanda təxminən 400-450 qonaq azarkeş dəstəkləyəcək.
- Oyun “Neftçi Arena”da baş tutacaq.
- Tərəflər arasında cavab matçı iyulun 31-də Xorvatiyanın Split şəhərində keçiriləcək.



