2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə Fransa yığması arasında baş tutacaq qarşılaşmanın məkanı müəyyənləşib.
Sport-az.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vacib oyun noyabrın 16-da Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Əvvəllər qarşılaşmanın Gəncə şəhərində baş tutacağı ilə bağlı məlumatlar yayılmışdı. Lakin UEFA-nın son açıqlaması matçın paytaxtda baş tutacağını təsdiqləyib.
Azərbaycan millisinin ev oyunları – seçmə mərhələ D qrupu:
- Azərbaycan – Ukrayna
🗓 9 sentyabr 2025
🕗 20:00
📍 Tofiq Bəhramov adına Respublika Stadionu - Azərbaycan – İslandiya
🗓 13 noyabr 2025
🕘 21:00
📍 “Neftçi Arena” - Azərbaycan – Fransa
🗓 16 noyabr 2025
🕘 21:00
📍 Tofiq Bəhramov adına Respublika Stadionu
Beləliklə, Azərbaycan millisi seçmə mərhələnin son turunu Fransa kimi nəhəng bir rəqibə qarşı doğma meydanda keçirəcək.



