“Sumqayıt” futbol klubu heyətini yeni hücumçu ilə gücləndirib. Komandaya “Qarabağ” klubunu tərk etmiş Rüstəm Əhmədzadə qoşulub.
Sport-az.comun Sport24-ə istinadla yaydığı məlumata görə, 24 yaşlı futbolçu artıq “Sumqayıt”ın Qəbələdə təşkil edilən təlim-məşq toplanışında iştirak edir.
Xatırladaq ki, Rüstəm Əhmədzadə sonuncu dəfə icarə əsasında “Zirə” klubunun heyətində çıxış edib.



