Sabah” – “Petrokub” matçına satılan biletlərin sayı məlum oldu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Petrokub” – “Sabah” qarşılaşmasına satılmış biletlərlə bağlı məlumat açıqlanıb.

Sport-az.comun xəbərinə görə, “Bank Respublika Arena”da keçiriləcək cavab oyununa indiyədək 3000 bilet satılıb.

Azarkeşlər biletləri onlayn şəkildə “iticket.az” platformasından və eləcə də oyun günü stadionun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah” – “Petrokub” matçı iyulun 31-də saat 20:00-da başlayacaq. Xatırladaq ki, komandalar arasında ilk oyunda təmsilçimiz “Sabah” 2:0 hesabı ilə qalib gəlmişdi.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni