“Sabah”la müqaviləni pozan Yusif İmanovdan 53 min manat tələb olunur

“Sabah” klubunun qapıçısı Yusif İmanov bir müddət əvvəl klubla olan müqaviləsini birtərəfli qaydada ləğv etdiyini bəyan edib. O, bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edərək, qərarını klubun ona qarşı münasibəti və digər səbəblərlə əsaslandırıb.

Sport-az.comun Sportal.az saytına istinadən verdiyi məlumata görə, futbolçunun vəkili Elcan Həsənli məsələnin detalları ilə bağlı açıqlama verib. Onun sözlərinə görə:

“Sabah” klubu Yusif İmanovdan 53 min manat məbləğində kompensasiya tələb edir. Bu məbləğ onun qarşıdakı mövsümdə almalı olduğu maaşa bərabərdir. Biz də əks-tərəf kimi eyni məbləğdə kompensasiya tələbi irəli sürmüşük. Görünən budur ki, proses davam edəcək. Lakin bu müddət ərzində Yusifin başqa klubla müqavilə bağlamasına hər hansı maneə yoxdur.”

Məlumat üçün bildirək ki, bu məsələ ilk mərhələdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində araşdırılacaq. Əgər orada razılıq əldə olunmasa, iş AFFA Arbitraj Tribunalına yönləndirilə bilər. Ən son instansiya isə tərəflərin razı qalmadığı halda, İsveçrədə yerləşən CAS – İdman Arbitraj Məhkəməsi olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni