Görkəmli döyüşün kulminasiyasını qaçırma: qlobal mərc şirkəti 1xBet «Boz qurdlar» üçün avrokubok yolunu davam etdirmək uğrunda mübarizədə həlledici qarşılaşmanı elan edir. Hər şey 31 iyul tarixində «Kleantis Vikelidis» stadionunda həll olunacaq.
Aris Saloniki revanş arzusu ilə alışır
«Sarı-qara»lar ilk oyunda hesabda önə keçsələr də, 1:2 hesabı ilə məğlub oldular. İkinci hissənin ortasında Loren Moron müdafiəçilərin arxasına gözəl çıxış edib, təkbətək vəziyyəti dəqiq tamamladı.
Buraxılan qol meydan sahiblərini daha da ruhlandırdı və azarkeşlərin dəstəyi ilə hücuma atıldılar. Nəticədə «Boz qurdlar» oyunun axarını dəyişərək üç dəqiqə ərzində iki qol vurdu və layiqli əzmkar qələbə qazandı.
Aris Saloniki futbolçuları optimal fiziki formadan uzaqdırlar – Azərbaycandakı qarşılaşma onlar üçün bu mövsümdəki ilk rəsmi oyun oldu. Yay toplanışında «Sarı-qara»lar 4 yoldaşlıq oyunu keçirib və üç dəfə rəqiblərinə uduzublar. Lakin zaman azdır — meydanda nəticə qazanmaq lazımdır.
İlk oyunda Araz-Naxçıvanın tərəfində yalnız 12-ci oyunçu deyil, həm də Dalğa Arenanın meydançası var idi – bu örtük Arisin kombinasiyalarını təcrübəli dayaq yarımmüdafiəçisi kimi dağıdırdı. Cavab qarşılaşması Yunanıstanda baş tutacaq və azarkeşlərinin dəstəyi ilə «Sarı-qara»lar rəqibdən qisas almaq üçün əllərindən gələni edəcəklər.
Araz-Naxçıvanın avrokuboklarda uğurlu debütü
Tarixində ilk beynəlxalq oyununa çıxan «Boz qurdlar» təkcə xarakter nümayiş etdirməklə kifayətlənmədilər, həm də meydanın bütün sahələrində pressinqə əsaslanan intensiv futbol göstərdilər. Araz-Naxçıvan futbolçuları rəqib qapısına daha çox zərbə endirdilər və topa daha çox nəzarət etdilər. Matçın sonlarına yaxın meydan sahibləri üstünlüklərini daha da artırmağa yaxın idilər, lakin Hamidou Keyta təkbətək epizodu dəyərləndirə bilmədi.
İlk oyunun MVP-si yarımmüdafiəçi Patrik Andrade oldi o, uzaqdan təhlükəli zərbələrlə oyunu daim kəskinləşdirirdi, hücumlara sürət qazandırırdı və qələbə qolunu karate fəndini xatırladan zərbə ilə vurdu.
Elmar Baxşiyev komandasını mövsümün startına əla hazırlamışdı. Onun futbolçuları tez-tez ikili mübarizələrdə qalib gəlir, oyunun sonlarında isə rəqiblərindən üstün fiziki hazırlıq nümayiş etdirərək final fitinədək intensiv futbol sərgiləyirdilər.
Debütant statusuna baxmayaraq, Araz-Naxçıvanın heyətində işini sona qədər çatdırmağı və «Boz qurdlar» azərkeşlərinə tarixi qələbə bəxş etməyi bacaracaq təcrübəli futbolçular kifayət qədərdir!
Kim növbəti mərhələyə yüksələcək?
Aris Avropa turnirlərində daha çox təcrübəyə malikdir, Araz-Naxçıvan isə mövsümün startına daha yaxşı hazırlaşıb və özünü yeni səviyyədə göstərmək istəyi ilə alışıb-yanır. Cavab görüşü göstərəcək: tərəzinin gözünü soyuqqanlılıq və dəqiq hesablamamı, yoxsa oyuna ehtiras və ambisiyaları həyata keçirmək üçün güclü arzumı ağırlıq edəcək.
Araz-Naxçıvan tarixində ən vacib oyunu 1xBet Azərbaycan ilə birlikdə izlə!



