Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yekun vurulacaq və III mərhələyə yüksələcək son komandalar bəlli olacaq. Sport-az.comun məlumatına görə, qarşılaşmaların son oyun günündə 10 cavab görüşü keçiriləcək. Aşağıdakı cütlər meydanda qarşılaşacaq:
30 iyul – II təsnifat mərhələsinin oyun cədvəli:
- Saat 20:00 – Qarabağ – Şelburn
- Saat 21:00 – Malmö – RFŞ
- Saat 21:30 – FKSB – Şkendiya
- Saat 21:30 – Ludoqorets – Riyeka
- Saat 22:00 – Ferentsvaroş – Noah
- Saat 22:00 – Makkabi (Təl-Əviv) – Pafos
- Saat 22:00 – Panatinaikos – Reyncers
- Saat 22:30 – Bredablik – Lex Poznan
- Saat 22:45 – Zalsburq – Brann
- Saat 23:00 – Sevett – Viktoria Plzen
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 5-6-da və 12-də keçiriləcək.



