UEFA Konfrans Liqası: “Araz-Naxçıvan” Kiprdə çətin sınaqdan keçəcək

Bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində cavab oyunları başa çatacaq. Sport-az.com-un məlumatına görə, Azərbaycanın təmsilçisi “Araz-Naxçıvan” da bu gün cavab matçına çıxacaq. Avrokuboklarda debüt edən komanda, doğma meydanda böyük hesabla məğlub olduğu Kiprin “Omoniya” klubuna qarşı üstünlük qazanmağa çalışacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matç Bakıda keçirilib və “Omoniya” 4:0 hesabı ilə qələbə əldə edib.

Cütün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) və “Volfsberger” (Avstriya) arasında baş tutacaq qarşılaşmanın məğlubu ilə üz-üzə gələcək.

14 avqust – UEFA Konfrans Liqası

  • III təsnifat mərhələsinin cavab oyunu
  • 21:00 – “Araz-Naxçıvan” (Azərbaycan) – “Omoniya” (Kipr)
  • İlk oyun nəticəsi: 0:4

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni