“İmişli” mövsüm başlamamış baş məşqçi dəyişikliyini nəzərdən keçirir

Misli Premyer Liqasında yeni mövsüm hələ rəsmi start götürməsə də, artıq bir klubda baş məşqçi dəyişikliyi məsələsi gündəmə gəlib.

Sport-az.com Sport24-a istinadən xəbər verir ki, “İmişli” rəhbərliyi portuqaliyalı baş məşqçi Xorxe Kaskilyanın futbolçular arasında narazılıq yaratmasını nəzərə alaraq, komandaya yerli mütəxəssis gətirməyi planlaşdırır.

Bildirilir ki, əgər “pələnglər” mövsümün ilk turlarında uğursuz nəticələr göstərsə, rəhbərlik Sənan Qurbanovu baş məşqçi vəzifəsinə dəvət etməyi düşünür.

Qeyd edək ki, S.Qurbanov karyerası ərzində “Qəbələ” və “Keşlə” (indiki “Şamaxı”) komandalarının baş məşqçisi kimi çalışıb, həmçinin “Neftçi”də baş məşqçinin köməkçisi olub. 45 yaşlı mütəxəssis həmçinin “Qəbələ” və “Keşlə” ilə ölkə kubokunu qazanıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni