Misli Premyer Liqasında yeni mövsüm start götürür

Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümünə start veriləcək. İlk oyun günündə yalnız bir qarşılaşma keçiriləcək. Sport-az.com xəbər verir ki, “Karvan-Yevlax” komandası “Qəbələ” ilə üz-üzə gələcək. Matç Şamaxı şəhər stadionunda saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Premyer Liqanın ilk turunda daha dörd oyun baş tutacaq:

  • 16 avqust: “İmişli” – “Turan Tovuz”, “Neftçi” – “Şamaxı”
  • 17 avqust: “Sumqayıt” – “Kəpəz”
  • 18 avqust: “Zirə” – “Araz-Naxçıvan”

Bundan əlavə, “Sabah” – “Qarabağ” oyunu “köhlən atlar”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi səbəbindən təxirə salınıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni