More

    “Nyukasl” “Aston Villa” yarımmüdafiəçisini 43 milyon funt sterlinqə aldı

    “Nyukasl” yay transfer pəncərəsində növbəti gurultulu keçidini reallaşdırıb — klub “Aston Villa” ilə yarımmüdafiəçi Ceykob Remzinin transferi barədə razılığa gəlib.

    Müqavilənin məbləği 39 milyon funt + 4 milyon bonus təşkil edir. Futbolçunun “Villa” ilə müqaviləsi gələn yay başa çatacaqdı, lakin baş məşqçi Unai Emerinin bir neçə uzatma təklifi razılaşma ilə nəticələnmədi. Bu axşam Remzi tibbi müayinə üçün İngiltərənin şimal-şərqinə yollanacaq.

    O, bu yay Entoni Elanga, Malik Tiaw və qapıçı Aaron Remzdeyldən sonra “qarğalar”ın dördüncü yeni transferi olacaq. 23 yaşlı futbolçu zədə problemi yaşayan Brunu Gimaraeş, Joelin tonSandro Tonali üçlüyünə dərinlik qatmaq məqsədi ilə transfer edilir.

    Keçən mövsüm Premyer Liqada 29 oyun keçirən, 1 qol və 5 assist edən Remzi, komandanın Çempionlar Liqasına hazırlığında dəyərli rotasiya oyunçusuna çevrilə bilər. Maraqlıdır ki, o, yeni mövsümün ilk matçını məhz “Aston Villa”ya qarşı buraxa bilər.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni