Kane kubok qaldırdı: “Bavariya” Almaniya Superkubokunu qazandı

16 avqustda Almaniya Superkuboku uğrunda oyun keçirildi. “Bavariya” səfərdə “Ştutqart”ı 2:1 hesabı ilə məğlub edərək mövsümün ilk titulunu qazandı. 2024/25 mövsümündə Bundesliqanı qalib tamamlayan münhenlilər finalda ölkə kubokunun sahibi “Ştutqart”la qarşılaşdı. Oyun Ştutqartdakı MHP Arena stadionunda baş tutdu.

Qolların müəllifləri:

  • 18-ci dəqiqə – Harri Keyn (“Bavariya”)
  • 77-ci dəqiqə – Luis Dias (“Bavariya”)
  • 90+3-cü dəqiqə – Ceymi Levelinq (“Ştutqart”)

Bu qarşılaşma hər iki komanda üçün yeni mövsümün ilk rəsmi matçı idi. 22 avqustda “Bavariya” Bundesliqanın start turunda “Leyptsiq”lə, ertəsi gün isə “Ştutqart” “Union Berlin”lə görüşəcək.

Oyunun yekun hesabı:
Ştutqart – Bavariya 1:2
Qollar: Levelinq 90+3 – Keyn 18, Dias 77

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni