“Real Madrid”in baş məşqçisi Xabi Alonso artıq yarımmüdafiəçi Dani Sebalyosa güvənmir.
İspaniya mətbuatının məlumatına görə, Alonso futbolçunun hazırkı oyun forması ilə bağlı məyusluğunu klub rəhbərliyinə bildirib. Məşqçi Sebalyosu heyətdə rotasiyanın ən aşağı pilləsində görür və onun gələcəyi ilə bağlı açıq mövqe sərgiləyib.
Alonso rəhbərliyə belə deyib: “Artıq onu komandada görmək istəmirəm.”



