İslandiya – Azərbaycan: 2026 Dünya Çempionatına ilk addım 1xBet anonsunda

5 sentyabrda 2026 Dünya Çempionatının seçmə mərhələsi Avropa zonası D qrupunda start götürəcək. İlk oyunda Azərbaycan millisi səfərdə İslandiya ilə qarşılaşacaq. Bu icmalda qarşıdakı oyun barədə əsas məlumatlar təqdim olunur. 

Məkan və vaxt:

  • Matç Reykyavik şəhərində yerləşən Laugardalsvollur arenasında keçiriləcək.
  • Başlama vaxtı – Bakı vaxtı ilə saat 22:45. 

İslandiya hazırda özünün ən uğurlu dövrünü yaşamır

Hələ 7 il əvvəl İslandiya FIFA reytinqində ilk 20-likdə idi ki, bu da təəccüblü deyildi. Kiçik ada ölkəsinin futbolçuları 2018 Dünya Çempionatında və Avro-2016-da iştirak etmiş, İngiltərəni məğlub edərək 1/4 finala qədər irəliləmişdilər. Lakin bu gün həmin qızıl dövr yalnız xoş xatirələrdə qalıb. 

UEFA Millətlər Liqası 2024/25 mövsümündə «Vikinqlər» qrupda yalnız 3-cü yeri tutdular və B divizionunda qalmaq uğrunda Kosovo ilə pley-off oyunlarında 2 matç keçirdilər. Həm evdə, həm də səfərdə Kosovoya məğlub olan İslandiya C divizionuna düşdü.  

Arnar Gunnlaugssonun komandası iyunda iki yoldaşlıq oyunu keçirdi. Birincidə Glazqoda Şotlandiyanı sensasion şəkildə 3:1 hesabı ilə məğlub etdilər. İkincidə isə Belfastda Şimali İrlandiyaya minimal hesabla – 0:1 uduzdular.    

Azərbaycan qara zolaqda

Sonuncu qələbəsini Azərbaycan milli komandası ötən ilin 11 iyununda, Qazaxıstan yığması ilə keçirilən yoldaşlıq görüşündə (3:2) qeyd edib. Sonrakı 10 oyunda futbolçularımız iki dəfə heç-heçə oynayıb və 8 məğlubiyyət alıblar. Nəticədə – UEFA Millətlər Liqasının C divizionundan düşmə.  

Nüfuzlu mütəxəssis Fernandu Santuşun baş məşqçi vəzifəsinə dəvət olunması hələlik kömək etməyib – portuqaliyalı mütəxəssisin rəhbərliyi altında da komandanı uğursuzluqlar izləyir. 

Kimlərə diqqət etmək lazımdır?

İslandiya millisinin əsasını legionerlər təşkil edir. Burada xüsusi olaraq vurğulamağa dəyər futbolçular: Orri Óskarsson (Real Sosyedad), Albert Guðmundsson (Fiorentina), Hákon ArnarHaraldsson (Lill), Ísak Bergmann Jóhannesson(Köln) və Sverrir Ingi Ingason (Panatinaikos). 

Azərbaycan yığması isə əsasən milli çempionatda çıxış edən oyunçulardan formalaşır. Komandanın lideri və kapitanı – Neftçi-nin 33 yaşlı futbolçusu Emin Mahmudovdur. Ən perspektivli oyunçu isə Qarabağ-ın 24 yaşlı yarımmüdafiəçisi Tural Bayramov sayılır.  

1xBet-in ən populyar marketlər üzrə əmsalları: 

  • İslandiyanın qələbəsi – 1.59, heç-heçə – 4.30, Azərbaycanın qələbəsi – 7.07. 
  • Hər ikisi qol vuracaq (bəli) – 1.94, hər ikisi qol vuracaq (xeyr) – 1.79.
  • Total çox (2,5) – 1.93, total az (2,5) – 2.01.

1xBet mobilə yüklə qarşıdakı matça və digər idman hadisələrinə dayanıqlı internet bağlantısı olan hər yerdən mərc etməyə imkan verir. Qlobal brendin müştərisi olmayanlara isə sürətli 1xBet qeydiyyat ilk depozit üçün səxavətli bonus təklif olunur.

Şəxsi görüşlərin tarixi

5 sentyabrda İslandiya və Azərbaycan yığmaları ilk dəfə rəsmi səviyyədə üz-üzə gələcək. Bu komandalar arasında yeganə şəxsi görüş 2008-ci ilin avqustunda baş tutmuşdu və yoldaşlıq xarakteri daşıyaraq 1:1 hesabı ilə başa çatmışdı. 

Favorit kimdir?

İslandiya yığması 63% qələbə ehtimalı ilə favorit sayılır. Azərbaycan yığmasının eyni göstəricisi cəmi 14%-dir, heç-heçənin ehtimalı isə 23% təşkil edir.

Nə gözlənilir?

İslandiya və Azərbaycan yığmaları Ukrayna və Fransa komandaları ilə eyni qrupda çıxış edirlər. Fransa kvartet D-in mütləq favoriti hesab olunur. Şəxsi görüşdə uğur hər iki komandanın yekun olaraq ikinci yer uğrunda şanslarını artıracaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni