Madriddə “Real”ın sabiq futbolçusu və baş məşqçisi Zinəddin Zidan yenidən məşqçiliyə qayıda bilər.
Mətbuatın məlumatına görə, Zidan artıq qərarını verib – 2026-cı il Dünya Çempionatından sonra hazırkı baş məşqçi Didye Deşam postunu tərk etdikdə, o, Fransa millisinin sükanı arxasına keçəcək. “Les Bleus”u çalışdırmaq Zidanın ən böyük arzusu sayılır.
Məhz buna görə də son iki ildə o, bir sıra təklifləri rədd edib. Zidan “PSJ”, “Mançester Yunayted” və Səudiyyə Ərəbistanı klublarının rəsmi dəvətlərini qəbul etməyib.



